Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:57

Respublikaçı Rubio ABŞ prezidentliyi üçün kampaniyaya başlayıb


Senator Marco Rubio
Senator Marco Rubio

Şərhçilər ehtimal edirlər ki, Rubio xarici siyasətdə əzələ nümayişini öz kampaniyasının əsas elementinə çevirəcək.

Florida ştatından ABŞ senatoru Marco Rubio özünün əsas donorlarına elan edib ki, Ağ Ev uğrunda Respublikaçılar Partiyasınınn namizədi kimi kampaniyaya başlamaq niyyətindədir.

Rubio demokratların əsas namizədi kimi görünən Hillary Clinton-u “dünənin lideri” adlandırıb və deyib ki, 2016-cı ilin prezident seçkilərində yarış keçmişlə gələcək arasında olacaq.

Kubalı mühacirlərin ailəsində doğulmuş senator Rubio-nun öz namizədliyini rəsmən Mayamidəki Freedom Tower-də elan edəcəyi gözlənilirdi.

Bu, minlərlə Kuba mühacirinin 1960-cı illərdə kommunist rejimindən qaçdığı məkandır.

Şərhçilər ehtimal edirlər ki, Rubio xarici siyasətdə əzələ nümayişini öz kampaniyasının əsas elementinə çevirəcək.

Rəy sorğularında senator Rubionu dəstəkləyənlərin sayı elə də çox olmayıb, lakin müşavirləri inanırlar ki, 2012-ci ildə Mitt Romney-nin vise-prezidentliyə namizədlərinin siyahısında olan senator seçkiyə qalan müddətdə populyarlığını artyıracaq.

Beləliklə, Rubio, senatorlar Ted Cruz və Rand Paul-dan sonra prezidentliyə namizədliyini rəsmən elan etmiş üçüncü respublikaçı olacaq.

Marco Rubio-nun həmçinin keçmiş Florida qubernatoru Jeb Bush tərəfindən dəstəkləndiyi xəbər verilir.

Keçmiş dövlət katibi Hillary Clinton öz kampaniyasına çərşənbə axşamı və çərşənbə günləri Ayova ştatında başlayacaq.

XS
SM
MD
LG