Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:21

Rusiya İrana neft əvəzinə malların göndərilməsinə başlayıb


Bəndər Abbas portu yaxınlığında neft tankeri.

Bəndər Abbas portu yaxınlığında neft tankeri.

Reuters agentliyinin mənbələri bildiriblər ki, 20 milyard dollarlıq barterə görə Rusiya İrandan 500 min barrel xam neft alacaq və əvəzində mallar və avadanlıq göndərəcək.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar ertəsindən etibarən İrana neftin müqabilində taxıl, avadanlıq və tikinti materiallarının göndərilməsinə başlandığı barədə bəyanat verib.

O həmçinin bildirib ki, Rusiya P5+1 qrupunun üzvü kimi İranla nüvə danışıqlarında İranın tərəfindədir.

Bu qrup İranla yekun sazişinin çərçivəsi barədə razılaşma əldə edib.

Federasiya Şurasında çıxış edən Rybakov izah edib ki, “neft əvəzinə mallar” barteri İrandan xam neftin alınıb əvəzində müəyyən məhsulların göndərilməsini nəzərdə tutur.

Nazir müavinin sözlərinə görə, “bunlardan heç biri beynəlxalq sanksiyalarda nəinki nəzərdə tutulmayıb, heç tənzimlənməyib də”.

İran Rusiyadan taxıl alınmasına görə dünyada üçüncü idxalçıdır.

Reuters agentliyinin mənbələri bildiriblər ki, 20 milyard dollarlıq barterə görə Rusiya İrandan 500 min barrel xam neft alacaq və əvəzində mallar və avadanlıq göndərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG