Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:21

ABŞ dövlət katibinə müraciət: Azərbaycan rəsmilərinə sanksiya qoyulsun!


John Kerry
John Kerry

-

İnsan haqları təşkilatları və keçmiş diplomatlar ABŞ dövlət katibi John Kerry-yə açıq məktub yazıblar.

Onlar Kerry-ni insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, onların səhmlərini dondurmağa çağırıblar. Həmçinin Azərbaycanın dövlət qurumlarına ABŞ-ın ticarət sahəsində həvəsləndirici yardımlarını dayandırmağa səsləyiblər.

Məktub müəllifləri dövlət katibindən fundamental insan haqlarına sayğı göstərməsi üçün Azərbaycan hökumətinə təpki göstərməsini də istəyirlər:

“İllər uzunu Azərbaycanın enerji təminatçısı və terrorçuluğa qarşı mübarizədə, təhlükəsizlik sahəsində tərəfdaş olmasına görə onun insan haqları sahəsindəki məyusedici durumuna nisbətən az diqqət yetirilib.

Son bir ildə artan repressiyalar belə yanaşmanı artıq tamamilə faydasız edib. Əgər Qərb həlledici qərarlar qəbul etməsə, biz yaxınlaşan parlament seçkilərində vəziyyətin daha da pisləşəcəyindən qorxuruq”.

Məktub Azadlıq Radiosunun Bakı bürosunun qapadıldığı, dövlət rəsmilərinin Qərbə qarşı eybəcər kampaniyada iştirak etdiyi də qeyd edilir.

Məktuba Freedom House təşkilatı da qoşulub.

Təşkilatın saytında məktubla bağlı yerləşdirilmiş xəbərdə deyilir ki, Azərbaycan hakimiyyəti 2014-cü ildə 34 insan haqları müdafiəçisini, siyasi, ictimai fəalı, jurnalisti məhkum və ya həbs edib. Onların bəzilərindən Avropa Şurası və Avropa Məhkəməsi kimi qurumlarla əməkdaşlıq etdikləri üçün bu yolla qisas alınıb.

“İnsan haqları qrupları hesab edirlər ki, hökuməti tənqid edənlərin həbsləri Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ərəfəsində “küçələri təmizləmək” siyasəti ilə bağlıdır” – deyə məktubda bildirilir. Aprelin 9-da isə dövlət ittihamçısı Azərbaycanda insan haqları pozuntularını aşkar edən fəal təşkilatlardan birini rəhbəri – Rəsul Cəfərovun 9 illiyinə həbs olunmasını tələb edib. Rəsul Cəfərov Bakıda düzənlənən “Eurovision” müsabiqəsi zamanı hökuməti insan haqlarının vəziyyətinə görə sərt tənqid edirdi.

Məktu müəllifləri həbs edilmiş ictimai fəalların dərhal azad edilməsinə, yayımçıların işinin bərpasına çağırıblar.

John Kerry-yə açıq məktuba imza atanlar arasında keçmiş səfir Morton Abramowitz, ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə keçmiş köməkçisi Elliott Abrams, Şərqi Avropada Demokratiya İnstitutunun direktoru Eric Chenoweth, Georgetown Universitetindən Jeffrey Gedmin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich, AZAD Amerikalı azərbaycanlılar təşkilatından Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov da var.

XS
SM
MD
LG