Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:45

İran terroçuluqla mübarizədə qonşu ölkələrlə əməkdaşlığa hazır olduğunu deyir


Abdolreza Rahmani Fazli

Abdolreza Rahmani Fazli

İran qonşu Əfqanıstan və Pakistanla terroçuluğa qarşı birgə əməliyyatlarda iştiraka hazır olduğunu bəyan edib.

Bunu aprelin 13-də Tehranda jurnalistlərə İranın daxili işlər naziri Abdolreza Rahmani Fazli bildirib.

Fazli deyib ki, hərcənd Tehranın təhlükəsialiklə bağlı elə bir ciddi problemlə üzləşməyib,amma qonşu sərhədlərdə nəzarət olmadığından bəzi hallarda təxribatlara məruz qalıb.

Silahlı qruplar son bir neçə ay ərzində Əfqanıstan və Pakistanla sərhədd bölgəsində İran hərbçilərinə bir neçə dəfə hücum ediblər.

Jaish al-Adl qrupu aprelin 7-də Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində 8 sərhədçini qətlə yetiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG