Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

-

Statistika Komitəsi bildirir ki, bu il mart ayının 1-nə Azərbaycan əhalisinin sayı 9 mln. 611 min 700 nəfərə çatıb, ilin əvvəlindən 18 min nəfər və ya 0.2 faiz artıb.

apa bildirir ki, ölkə əhalisinin bir kvadratkilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin 53.1 faizi şəhər, 46.9 faizi isə kənddə qeydiyyatdan keçib.

Ölkədə qadınların sayı kişiləri üstələyir: Azərbaycanda əhalinin 49.8 faiz kişilərin, 50.2 faiz isə qadınların payına düşür.

Bu ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18.5 min nəfər çox olub. Belə ki, bu ilin ilk iki ayı ərzində ölkədə 27.9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub.

Yeni doğulan körpələrin 53.6 faizi oğlan, 46.4 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG