Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:55

Putin İrana S-300 raketləri satışına qadağanı ləğv edir


Hassan Rohani və Vladimir Putin

Hassan Rohani və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin İrana S-300 raket sistemləri göndərilməsinə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, 2007-ci ildə Rusiya ilə İran arasında bu cür raket sistemlərinin satışı barədə razılaşma imzalanıb.

Amma Moskva BMT-nin İrana silah satışına qarşı tətbiq etdiyi sanksiyalara görə, 2010-cu ildə bu müqavilənin həyata keçirilməsini dayandırmışdı.

Müqavilənin ümumi dəyəri 800 milyon dollar civarındadır.

Aprelin 2-də İsveçrədə Tehranla 6 dünya ölkəasi arasında İranın nüvə proqramı ilə bağlı çərçivə sazişi imzalanıb.

Söhbətİranın nüvə proqramı üzərində işi dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasından gedir.

Amma məsələ ilə bağlı yekun razılaşma iyunun sonunda imzalanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG