Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:46

Kamerun Azərbaycanın gömrük təcrübəsini öyrəmək istəyir


Kamerun Gömrük Xidməti əməkdaşları Bakıda görüş zamanı

Kamerun Gömrük Xidməti əməkdaşları Bakıda görüş zamanı

-

«Kamerun Gömrük Xidməti Azərbaycan tərəfi ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır»

Azərbaycan Dövlət Gömrük Komitəsinin yaydığı xəbərdə belə deyilir.

Məlumata görə, Kamerun Gömrük İdarəsinin baş direktoru xanım LiLikeng Minette Mendomo Avoumvele Libomun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər zamanı Kamerun gömrükçüləri Azərbaycan Dövlət Gömrük Komitəsində görüşlər keçiriblər.

Görüş zamanı gömrük xidməti general-leytenantı Aydın Əliyev qeyd edib ki, Kamerun və Azərbaycan arasında diplomatik münasibətlər olsa da, lakin indiyədək iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr formalaşmayıb.

Gömrük Komitəsində görüş

Gömrük Komitəsində görüş

Aydın Əliyev bildirib ki, Azərbaycanın bütün dünya dövlətləri, o cümlədən, Kamerun ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlıdır.

Məlumata görə, Kamerun Gömrük İdarəsinin baş direktoru LiLikeng Minette Mendomo Avoumvele Libom Azərbaycan və Kamerun gömrük orqanları arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə göstərilən diqqət və yardımı yüksək qiymətləndirib.

Qonaq Azərbaycan Gömrük Xidmətinin əldə etdiyi uğurların Kamerun tərəfində maraqla qarşılandığını, o cümlədən, azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və sıx əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG