Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:59

Talibançılar son günlərdə Əfqanıstanın şərqində azı 18 Əfqanıstan əsgərini qətlə yetiriblər.

Onlardan bir neçəsinin başı kəsilmiş halda aşkar edilib.

Əfqanıstanın daxili işlər nazirliyi Bədəxşan əyalətində gedən son döyüşlərdə azı 33 əsgərin öldürüldüyünü, itkin düşdüyünü və ya yaralandığını xəbər verir.

Döyüşlərin əksəriyyəti aprelin 10-da-talibançılar Jurm rayonunda bir neçə hərbi məntəqəyə hücum edərkən baş verib.

Yerli qubernatorun sözçüsü Ahmad Nawid Froutan azı 18 əsgərin öldürüldüyünü və onlardan 8-nin başının kəsildiyini bildirir.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG