Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:16

Türkiyə Vatikandakı səfirini geri çağırıb.

Buna səbəb Roma papası Francisin ermənilərin 1915-ci ildə kütləvi qətlini 20-ci əsrin “ilk soyqırımı” adlandırması olub.Türkiyənin baş naziri Ahmet Davutoğlu aprelin 12-də Ankarada bildirib ki, səfir Mehmet Pacaci bazar günü məsləhətləşmək üçün Ankaraya çağırılıb.

“Biz dini liderlərdən islamofobiya və islam əleyhinə ritorika yox, sülhə çağrış gözləyirik. Roma papasının bəyanatı sadəcə tarixin səhvən təhrif edilməsi, birinin əzablarının qəbul edilməsi, digərlərinin isı acılarınaməhəl qoyulmaması ilə yanaşı, Avropada irqçiliyin artmasına aparır, müsəlman və türkləti kollektiv cinayətkarlıqda ittiham edir”.

Ankaranın bəyanatında bildirilir ki, Papanın bəyanatı bütün aspektlərdə ziddiyyətlidir və həqiqəti təhrif edir.

Bundan əvvəl isə Vatikanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib və rəsmi nota verilib.

Ermənistan Osmanlı imperiyası-Birinci Dünya müharibəsi dövründə milyon yarım erməninin soyğırımına məruz qaldığını iddia edir və hər il aprelin 24-nü “soyqırım” günü kimi qeyd edir.

Türkiyə ittihamı rədd edir və həmin dövürdə baş verən vətəndaş müharibəsində hər iki tərəfdən kütləvi ölənlər olduğunu deyir.

Bundasn başqa rəsmi Ankara Ermənistan tərəfinin göstərdiyi rəqəmin qat-qat şişirdildiyini deyir.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda, üstəlik həmin hadisələr zamanı yüz minlərlə türkün qətlə yetirilməsinin üstündən sükutla keçilməsinin yolverilməz olduğu bildirilir.

XS
SM
MD
LG