Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44

Məktəblilər “141-ci Don Juan”ı müzakirə etdilər


Elçin Hüseynbəyli və Könül Kazımova

Elçin Hüseynbəyli və Könül Kazımova

-

Yazıçı Elçin Hüseynbəyli kitablarını fərqli tanıdır, məktəblərə üz tutur.

Bu dəfə o, "Dünya" Məktəbində yuxarı sinif şagirdləriylə görüşüb

Görüş Beynəlxalq Bakalavr Proqramı (İBO) çərçivəsində keçirilib. Şagirdlər bu proqram üzrə Azərbaycan və dünya yazıçılarının əsərlərilə tanış olur və müzakirə edrilər. İlk olaraq müzakirəyə E. Hüseynbəylinin “141-ci Don Juan” romanı çıxarılıb.

Tədbir ədəbiyyat müəlliməsi Könül Kazımovanın (İbrahimqızı) təşəbbüsü ilə baş tutub.

Müzakirədə şagirdlərdən Vasif Yusifzadə, Ceyhun Nəsibov, Mövsüm Hüseynov, Şamil Ağayev, Mədinə Kərimova, Aydan Nağıyeva, Asim Cabbarov, Fərid Qəmbərov, Həsən Baxşızadə, İntiqam Fətizadə, Rüstəm Həsənov daha fəal olublar.

Tədbirdən sonra şagirdlər E. Hüseynbəyli ilə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, bundan öncə yazıçı Bakı Modern Məktəbində və Siyəzən şəhər 1 saylı məktəbdə də görüşlər keçirib.

Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli

Günün bütün mövzuları

XS
SM
MD
LG