Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:33

İranın xarici işlər naziri Javad Zarif Qazaxıstanda rəsmi görüşlər keçirib


Yerlan Idrisov və Mohammad Javad Zarif

Yerlan Idrisov və Mohammad Javad Zarif

İranın xarici işlər naziri Mohammad Javad Zarif Qazaxıstana səfəri zamanı İslam Dövləti yaraqlılarına qarşı mübarizədə əməkdaşlığın vacibliyini bildirib.

Onun aprelin 13-də Astanada qazaxıstanlı həmkarı Yerlan Idrisovla görüşündə bu radikal qrupdan gələn təhlükə müzakirə olunub.

Zarif qeyd edib ki, hazırda İraq və Suriya ərazilərinin bir hissəsinə nəzarət edən İslam Dövləti yaraqlıları Əfqanıstanda da nüfuzunu gücləndirib.

Liderlər görüşdə ikitərəfli əlaqələr,ticarət, regionla təhlükəsizlik məsələləri və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu il İrana nəzərdə tutulan səfərini də müzakirə ediblər.

Qazaxıstanın xarici işlər naziri İdrisov həmçinin aprelin 2-də İsveçrədə İranın nüvə proqramı ilə bağlı 6 dünya ölkəsi ilə əldə olunan çərçivə sazişini alıqlayıb və bu ilin iyununadək yekun razılaşma əldə ediləcəyinə ümidlə yanaşdığını bildirib.

Zarifin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə də görüşü nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG