Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:12

-

«13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan siyasi məhbusların qəzet problemı hələ də həll olunmayıb. Oradakı siyasi məhbuslara verilən qəzetlərdə onlara aid olan və siyasi xarakterli yazılar kəsilərək götürülür».

Bu barədə AzadlıqRadiosuna Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin ailə üzvləri bildirib.

Ailə üzvləri aprelin 12-də Anar Məmmədli ilə görüşüblər.

Onların dediyinə görə, qəzet probleminə etiraz olaraq həmin həbsxanada siyasi məhbuslar iki həftədir ki, qəzet oxumaqdan imtina ediblər.

Həmçinin, son vaxtlar cəzaçəkmə müəssisəsinə işıq, qaz və su fasilələrlə verilir. Buna etiraz edəndə isə, cəzaçəkmə müəssisəsinin əməkdaşları deyiblər ki, qənaət edirlər. Anar Məmmədli deyib ki, ümumiyyətlə, cəzaçəkmə müəssisəsinin elektrik naqilləri xarabdır, bir az külək əsən kimi işıqlar sönür.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınma ittihamları ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

«Amnesty International» təşkilatı Anar Məmmədlini «vicdan məhbusu» elan edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, bütün məhbuslara istər rəsmi, istər müxalifət qəzetləri çatdırılır: «Bəlkə arada hansısa istisnalar olub. Ancaq qəzetlər gündəlik verilir. O ki qaldı qəzeti kəsməyə, qəzeti sizcə, necə kəsmək olar? Adları çəkilən qəzetlərin hamısı siyasi məqalələrdən, məlumatlardan ibarətdir, onu kəsəndə yerdə nə qalır?».

Günün bütün mövzuları

XS
SM
MD
LG