Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Gürcüstan vətəndaşı, yazıçı David Turaşvilinin adının “arzuolunmaz şəxslər” siyahısından çıxarıldığını bildirib.

David Turashvili Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək ölkənin “Dövlət sərhədi haqqında" qanununu pozduğuna görə, Xarici İşlər Nazirliyi onun adını “arzuolunmaz şəxslər” siyahısına salmışdı.

Hikmət Hacıyev deyir ki, yazıçı nazirliyə müraciət edərək adının bu siyahıdan çıxarılmasını xahiş edib.

David Turashvili məktubda bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib.

O, müstəsna hal kimi Azərbaycan tərəfindən bu qərarın ləğv edilməsini xahiş edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG