Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09

-

Rusiyanın Xakasiya regionunda yanğınlarda 15 nəfər həlak olub. Onlarla şəhər və kənddə 1200-dən çox ev yanıb.

Səhiyyə nazirliyinin rəsmisi deyib ki, 78 nəfər xəstəxanaya yerləşdirilib, səkkizi ağır vəziyyətdədir.

Fövqəladə Hallar Nazirliyi yerli vaxtla gunortayadək (Bakı vaxtıyla səhər 10-da) Xakasiyada yanğının söndürüldüyünü bildirir.

38 şəhər və kənddə 1205 bina yanıb. Yanğın otun qanunsuz olaraq alışdırılmasından başlanıb.

Sibirdə son illər yanğınlar tez-tez baş verir, bəzi hallarda bunda insan faktoru rol oynayır.

Hər yay minlərlə hektar torpaq yanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG