Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:38

Əli Kərimlinin iddiası təmin olunmadı


Əli Kərimli məhkəmənin qərarından apelliyasiya şikayəti verəcək

Əli Kərimli məhkəmənin qərarından apelliyasiya şikayəti verəcək

AXCP sədri Əli Kərimlinin Nəsimi Rayon Prokurorluğuna qarşı iddiası təmin olunmadı. Noyabrın 2-də Nəsimi Rayon Məhkəməsində iddianı araşdıran hakim Məhəmməd Zülfüqarlı bildirdi ki, Əli Kərimlinin iddiası əsassızdır.


AXCP sədri Nəsimi Rayon Prokurorluğunu ona qarşı on iki il əvvəl açılmış cinayət işini hələ də açıq saxlamaqla onun hüquq və azadlıqlarını məhdudlaşdırdığına görə məhkəməyə vermişdi. Nəsimi rayon prokurorluğu 1994-cü ildə qanunsuz silah saxlama iddiası ilə Əli Kərimliyə qarşı açılan cinayət işini bağlamadığına görə Daxili İşlər Nazirliyi ona ümumvətəndaşlıq pasportu vermir.


Respublika Prokurorluğu isə bildirir ki, prokurorluqla Əli Kərimli arasında heç bir mübahisə yoxdur, pasportu Əli Kərimliyə Daxili İşlər Nazirliyi verməlidir. DİN isə öz növbəsində cənab Kərimliyə sözügedən cinayət işi bağlanandan sonra yeni pasport verilə biləcəyini bəyan edib.


AXCP sədri isə Nəsimi Rayon Məhkəməsinin qərarında apelliyasiya şikayəti verəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG