Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

-

Hillary Clinton deyir ki, 2016-cı ildə prezidentliyə namizədliyini verəcək.

Keçmiş dövlət katibi və birinci ledi bunu aprelin 12-də video müraciətində deyib. Onun tviti aprelin 12-də günün sonunadək 9 min dəfə təkrar tvit olunub, kampaniya videosuna YouTube-da 1 milyondan çox izləyici baxıb, facabook-dakı kampaniya səhifəsi isə təxminən 500 min dəfə bəyənilib.

Clinton 2008-ci ildə seçkini Barack Obama-ya uduzub.

Praymeriz mərhələsində Clinton-un elə də güclü rəqibi olacağı gözlənilmir. Çünki daha az tanınmış demokratlar seçkiyə qatılacaqlarını bildiriblər.

Demokratların seçkidə namizədi kimi seçilsə, Clinton-un respublikaçılardan güclü rəqiblərlə üzləşəcəyi gözlənir. Florida ştatının keçmiş qubernatoru, ABŞ-ın keçmiş prezidentlərinin oğlu və qardaşı Jeb Bush da onların sırasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG