Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:32

Səudiyyə naziri Pakistana gedib


Yəməndə huti tərəfdarlarının Səudiyyəyə qarşı etiraz aksiyası

Yəməndə huti tərəfdarlarının Səudiyyəyə qarşı etiraz aksiyası

-

Səudiyyə Ərəbistanının dini məsələlər üzrə naziri Pakistana gedib. Bir neçə gün əvvəl ölkə parlamenti Yəmənə hərbi müdaxiləyə dəstək üçün Səudiyyənin xahişini rədd edib. Saleh bin Abdul-Aziz bin Mohammad al-Sheikh aprelin 12-də gecə İslamabada çatıb. O, iki ölkənin “çox güclü münasibətlərinin” olduğunu, parlamentin qərarını “daxili məsələ” hesab etdiyini bildirib.

Ondan qabaq İranın xarici işlər naziri Pakistana gedib, iranlılar Pakistanı Yəmənə əsgər göndərməməyə, dialoqu dəstəkləməyə çağırıb.

Aprelin 10-da Pakistan parlamenti Səudiyyənin Yəməndə hərbi kampaniyasına qoşulmamağa səs verib.

Ər-Riyad regiondan kənarda güclü dəstəyə ümid edirdi. Səudiyyə Yəməndəki huti silahlılarına hava hücumları endirir. Həmin silahlıların İrana bağlılığı bildirilsə də, İran bunu təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG