Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:23

AzadliqLiveTV - 17 Aprel


AzadliqLiveTV-də aprelin 16-nin mövzuları

(proqramın linki saat 22-də burada yerləşdiriləcək)

Rəsul Cəfərova hökm oxunur

ABŞ ən məhşur idman şərhçisi Xədicə haqda

Putin birbaşa efirdə suallara cavab verir

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLiveTV-ni axşam saat 22-də HotBird ARTV kanalında və internetdə, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin videoları da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, ən yeniləri bloqun əvvəlində olur. Mətnin altında göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

01:40 18.4.2015

İlham Əliyev də Putin kimi mətbuat konfransı keçirsəydi, ondan nə soruşardınız?

Rusiya prezidenti Vladimir Putin hər il hətbuat konfransı keçirir, jurnalistlərin və ölkə vətəndaşlarının suallarını cavablandırır. Azərbaycan prezidenti də bu cür görüşlər keçirsəydi ona hansı sualı verədiniz? Bakı sakinlərini dinləyək:

01:38 18.4.2015

AzadliqLiveTV - 17 Aprel

18:55 17.4.2015

ÇİLİDƏ TƏLƏBƏ ETİRAZLARI BAŞLAYIB, HƏBS EDİLƏNLƏR VAR

Çilidə təhsil alan tələbələr paytaxt Santiago-da etiraz nümayişlərinə başlayıblar.

Təhsildə islahatlar tələb edən tələbələrlə polislər arasında toqquşmalar olub.

Çili Tələbə Konfederasiyası tərəfindən təşkil olunan etirazlarda həbs edilənlər var. Təşkilat aksiyalarda 150 min tələbənin iştirak etdiyini, polis isə aksiyalarda 20 min adamın olduğunu deyir.

17:05 17.4.2015

Nadia Savchenkonun məhkəməsi keçirilir

Nadia Savchenko

Nadia Savchenko

Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenkonun məhkəməsi keçirilir.

Savchenko məhkəməyə Ukraynanın milli geyimində gəlib. Zala girərkən "Yaşasın Ukrayna" deyə qışqırıb. Savchenko ötən ildən Rusiyada həbsdədir. O Lugansk ətrafında 2 Rusiya jurnalistinin ölümündə əli olmaqda ittiham olunur. O ittihamı rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiya tərəfinə verildiyini deyir.

Ötən ilin dekabrından təcridxanada aclıq aksiyası keçirən Savchenko martın 6-da aksiyanı dayandırmışdı. Savchenko Ukrayna parlamentinin deputatı və Avropa Şurası Parlament Assambleyasındakı Ukrayna nümayəndə heyətinin üzvüdür.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG