Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:56

Rusiya NATO-nun İsveç və Finlandiya ilə münasibətlərindən “narahatdır”


Rusiyanın Su-27 SM qırıcısı Avropa ölkələrinin hava məkanı sərhədləini bir neçə dəfə pozub

Rusiyanın Su-27 SM qırıcısı Avropa ölkələrinin hava məkanı sərhədləini bir neçə dəfə pozub

-

Rusiyanın xarici işlər nazirliyi bildirir ki, Finlandiya və İsveçin NATO ilə münasibətlərinin yaxınlaşması “xüsusi narahatlıq” yaradır. Bəyanat aprelin 12-də verilib. Bir neçə gün əvvəl isə İsveç, Norveç, Finlandiya, Danimarka və İslandiyanın müdafiə nazirləri bir qəzet məqaləsində bildiriblər ki, şimali Avropa Rusiya tərəfdən mumkun böhranlara və insidentlərə hazırlaşmalıdır.

Rusiya ilə həmsərhəd olan Finlandiya, eləcə də İsveç NATO üzvləri deyillər, ancaq alyansla əməkdaşlığı gücləndiriblər.

Finlandiyanın baş naziri Alexander Stubb Rusiyanın bəyanatını “hədələyici” adlandırıb, ancaq deyib ki, heç kəs bundan qoxmamaıdır.
Aftenposten qəzetində dərc olunan məqalədə müdafiə nazirləri qeyd edirdilər ki, Rusiya liderləri siyasi məqsədlərinə çatmaq üçün hərbi vasitələrdən istifadəyə hazır olduqlarını göstəriblər.

Rusiya Ukraynanın Krım yarımadasını bir il öncə işğal edəndən sonra Avropa ilə Rusiya arasında gərginlik artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG