Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:10

Berlində Ukrayna danışıqları keçirilir


Ukrayna xəritəsi, Donbas döyüş zonası

Ukrayna xəritəsi, Donbas döyüş zonası

-

Aprelin 13-də Berlində Ukraynanın şərqində atəşkəsin icrası üzrə danışıqlar keçiriləcək. Danışıqlarda Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier, Fransa xarici işlər naziri Laurent Fabius, Rusiya xarici işlər naziri Sergei Lavrov və Ukrayna xarici işlər naziri Pavlo Klimkin iştirak edəcək.

Ukraynanın şərqində rusiyapərəsət silahlılarla hökumət qüvvələri arasında münaqişədə 6 mindən çox adam ölüb. Fevralın ortasında Minskdə atəşkəs sazişi əldə olunsa da, gərginlik qalmaqdadır.

Berlin danışıqları ərəfəsində Steinmeier Moskva və Kiyevi çağırıb ki, Minsk sazişinin icrasına tələssinlər. “Moskva və Kiyevdən Minsk sazişinin növbəti mərhələsinin icrasına keçməyi gözləyirik,” Steinmeier Die Welt qəzetinə deyib. Növbəti mərhələ separatçıların tutduqları ərazilərdə yerli seçkilərə hazırlıq, həmçinin Ukraynanın şərqində humanitar məsələlərin həlli və bərpa işləridir, Steinmeier deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG