Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42

Estoniya öz ərazisində daimi NATO bazasının yerləşdirilməsinə çağırdı


Estoniya-Rusiya sərhədində ABŞ bayrağı dalğalanır.

Estoniya-Rusiya sərhədində ABŞ bayrağı dalğalanır.

Estoniya prezidenti Toomas İlves öz ölkəsində NATO-nun daimi bazasının yerləşdirilməsi üçün müraciət edib.

Estoniya prezidenti Toomas İlves öz ölkəsində NATO-nun daimi bazasının yerləşdirilməsi üçün müraciət edib.

Cənab İlves Britaniyanın “The Daily Telegraph” qəzetinə bildirib ki, Estoniya yerləşdiyi coğrafiyada çoxsaylı Rusiya hərbi təlimlərinin keçirilməsindən və Moskvanın vaxtaşırı səslənən hədəli bəyanatlarından narahatdır.

Hazırda Estoniydakı 150 nəfərlik NATO piyada əsgəri qüvvəsinin statusu müvəqqətidir.

NATO təhlükə qarşısında olan üzvləri üçün 5 minlik yeni əsgəri qüvvə toplamaq niyyətindədir.

Lakin NATO və Rusiya arasında 1997-ci ildə imzalanmış sazişə əsasən Şərqi və Mərkəzi Avropada hərbi bazalar yerləşdirilə bilməz.

Bu arada Rusiya hökuməti Finlandiya və İsveçin NATO ilə daha sıx əlaqələrə can atmasından narahatlıq ifadə edir.

Haszırda Finlandiya və İsveç NATO üzvü deyillər.

Cənab İlves qəzetə müsahibəsində bildirib ki, Rusiyanın son vaxtlardakı davranışı 1997-ci il sazişinin köhnəldiyini nümayiş etdirir.

Estoniya hazırda 5300 nəfərlik əsgəri qüvvəyə malikdir və sərhədlərinin mühafizəsində əsas etibarilə NATO-ya güvənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG