Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:14

-

"İslam Dövləti" adlanan təşkilat İraqın şimalındakı qədim Nimrud şəhərinin yerlə-yeksan edilməsini göstərən video yayıb.

Cihadçılar ağır ling və baltalarla daş barelyefləri qopardıqdan sonra, ümumiyyətlə bütün şəhər yerini partlayıcılarla göyə sovurublar.

​“Bəşəriyyətin beşiyi”ni sındırdılar

Nimrud qədim Assuriyanın tacı hesab olunurdu. ​

İslam Dövləti qrupunun hazırladığı videoda partlayışdan əvvəl daş kitabələrin və heykəllərin ağır linglər və eletrik baltaları ilə qoparıldığını və sındırıldığı görünür.

(Ardı aşağıda)

Bu ona görə edilirdi ki, əsas partlayışdan sonra qiymətli tarixi faktların heç tikəsi də ələ gəlməsin.

Partlayışdan sonrakı videogörüntülərdən belə başa düşmək olur ki, Mosulun 30 kilometrliyində Dəclə çayının sahilində yerləşən Nimrudun daşı daş üstdə qalmayıb.

Miladdan əvvəl 13-cü əsrə aid bu şəhəri “bəşəriyyətin beşiyi” adlandırırdılar.

Qeyri-ərəb irsi

Nyu Yorkdakı Stony Brook Universitetindən arxeoloq Abdulamir Hamdani “The Daily Telegraph” qəzetinə deyib ki, Nimrud hazırkı İraqın ərazisində yerləşən qədim Assuriyanın paytaxt şəhəri olub. (Ardı aşağıda)

Nimrud, 2012

Nimrud, 2012

Nimrud, UNESCO-nun dünya irsi siyahısında olan bu şəhərin nisbətən yeni, ərəbcə adıdır. Şəhərin öz adı Kalhu olub. Bu mənada cihadçıların “qeyri-ərəb” irsini dağıtdığını da söyləmək mümkündür.

1820-ci ildə tapılmış bu şəhər sonrakı zamanlarda Qərb səyyahları tərəfindən dəfələrlə talan edilib.

Bu talanlar 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı da təkrarlanıb.

İnsan başlı, qanadlı şirlər

Nimrudun ən qiymətli tarixi nümunələri artıq bundan əvvəl Mosul, Bağdad, Paris və Londonun muzeylərinə aparılmışdı.

Nimrud, 2001

Nimrud, 2001

Lakin təəssüf ki, məsələn, fundamental “lamussu”ları – insan başlı, qanadlı şir heykəlləri şəhərdə qalmışdı.

Nimruddakı abidələrin buldozerlərlə dağıdılması barədə ilk xəbərlər martın əvvəllərindən gəlirdi.

Bundan başqa o vaxt buraxılmış İD videosunda Mosul muzeyindəki eksponatların dağıdılması görüntülənmişdi.

“Nimrud xəzinəsi” kimi tanınan arxeolji tapıntılar – qiymətli daşlar, qızıl əşyalar və naxişlar 1988-ci ildə aşkar olunmuşdu.

Hərbi cinayət

Nimrud, 2001

Nimrud, 2001

Bu, 1923-cü ildə Misirdə Tutankhamunun sərdabəsi aşkar olunandan bəri ən qiymətli arxeoloji tapıntı hesab edilirdi.

2800 il bundan əvvələ aid olan bu əşyaların bir çoxu İraq Küveytə müdaxilə etməzdən az əvvəl Bağdad muzeyində ekspozisiyaya çıxarılmışdı.

Sonradan qiymətli əşyalar yoxa çıxdı və 2003-cü ildə, ABŞ-ın müdaxiləsindən sonra yenidən tapıldı.

UNESCO Nimrudun dağıdılmasını “hərbi cinayət” adlandırıb.

Təşkilatın baş direktoru Irinia Bokova deyib ki, “bəşəriyyətin mədəni irsinin bilərəkdən dağıdılmasına başqa ad vermək olmur”.

Bundan əvvəl İD Mosul kitabxanasını yandıraraq yerlə yeksan etmişdi.

Burada 8000 tarixi əlyazma saxlanırdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG