Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:24

Bakıda elan: Balkondan paltar asmaq qadağandır!


Bakının mərkəzi küçələrində yaşayış binalarının küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulması, paltar asılması qadağan edilib. Bu barədə binaların divarlarına elanlar yapışdırılıb.

Xəbəri virtualaz.org yayıb.

Bu elanların aprelin 11-dən paytaxtın mərkəzi küçələrindəki binaların üstünə vurulduğu iddia olunur. Sakinlərin portal müxbirinə verdiyi məlumata görə, mənzillərə bir-bir gedilərək onların sahiblərinə xəbərdarlıq da edilib.

Elanın mətninin altında “Müdiriyyət” sözü yazılıb. Sakinlərin dediyinə görə, elanlar Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vurulub.

Balkona paltar asmaq qadağası ilk dəfə bir neçə il əvvəl Naxçıvanda tətbiq olunub. Daha sonra isə bir neçə ay Sumqayıt şəhərində də bu cür qadağalar tətbiq edilib. İndi isə Bakıda bu cür qadağanın qoyulmasına başlanıb.

Güman edilir ki, BŞİH bu addımı iyunda Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq məqsədi ilə atıb. Məqsəd paytaxtın estetik görünüşünə xələl gətirə biləcək mənzərələrin olmamasına çalışmaqdır.

XS
SM
MD
LG