Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:10

“Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləməkdə davam edir


T-90
T-90

Rusiya Ukraynanın şərqində separatçıları silah təchizatı, döyüşçü və hərbi təlimlər vasitəsilə dəstəkləməkdə davam edir. Bunu NATO qərargahındakı mənbəyə istinadən “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yazır.

Qəzet qeyd edir ki, separatçılara verilən hərbi texnika arasında tanklar, o cümlədən müasir T-80, T-90 tankları, zirehli avtomobil, artilleriya qurğuları və hava hücumundan müdafiə sistemi var.

Məlumatda o da deyilir ki, Rusiyayönümlü separatçılar hazırda daha çox silahlanıblar, nəinki 2-ci Minsk razılaşmasınadək olan dövrdə.

Qərb siyasətçilərinin və Ukrayna rəsmilərinin Rusiyanın Ukraynanın şərqindəki separatçıları silahlandırması və bu ölkədə Rusiya hərbçilərinin olması ilə bağlı iddialarını rəsmi Moskva birmənalı olaraq inkar edir.

XS
SM
MD
LG