Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Roma papası Francis ermənilərin I Dünya Müharibəsi zamanı osmanlı əsgərləri tərəfindən qətlini “soyqırım” adlandırıb. Roma papasının bu fikri şənbə günü faciənin 100 illiyi münasibətilə keçirilən tədbirdə səslənib.

Roma papası qeyd edib ki, “ötən əsrdə insanlığa qarşı üç böyük və misilsiz faciə törədilib. “XX əsrin ilk soyqırımı” hesab olunan birincisi erməni xalqına vurulan zərbədir”.

Roma papasının “soyqırım” ifadəsinin türklərin qəzəbinə səbəb olacağı gözlənir. Çünki çoxlu sayda erməninin öldürüldüyünü inkar etməyən türklər 100 il öncəki qırğın zamanı yüz minlərlə türkün də qanının axıdıldığını iddia edirlər.

Şərhləri göstər

XS
SM
MD
LG