Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:46

Son 50 ildə ilk dəfə ABŞ və Kuba liderləri görüşüb


Panama - Raul Castro (sağdan ikinci) və Barack Obama (solda), 10 aprel, 2015
Panama - Raul Castro (sağdan ikinci) və Barack Obama (solda), 10 aprel, 2015

Panamada baş tutan “Amerika sammiti” çərçivəsində ABŞ prezidenti Barack Obama və Kuba lideri Raul Castro arasında ikitərəfli görüş keçirilib. Bu, iki ölkənin liderləri arasında son 50 ildə ilk danışıqlardır.

Obama görüşün tarixi əhəmiyyətə malik olduğunu bildirib və deyib ki, hər iki tərəf Soyuq Müharibə erasına son qoymalıdır. Amma Obama onu da əlavə edib ki, Kubadan demokratiya və insan haqları ilə bağlı gözləntiləri qalmaqdadır:

“Bir məqama aydınlıq gətirmək istərdim, biz insan haqları kimi məsələlərdən ona görə danışmırıq ki, bu məsələlər bizim özümüzdə kamil səviyyədədir, ona görə danışırıq ki, bizim düşüncəmizə görə, kimsə səninlə razı deyilsə, onu həbsə atmaq yaxşı ideya deyil".

Hər iki lider dekabrda razılığa gəliblər ki, 1961-ci ildən bəri pozulmuş diplomatik əlaqələri bərpa etməyə çalışsınlar.

XS
SM
MD
LG