Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:59

İlham Əliyev: “Azərbaycan öz taleyini özü müəyyən edir”


Ilham Əliyev Lənkəran səfərində
Ilham Əliyev Lənkəran səfərində

-

“Bizim böyük enerji resurslarımız, neft–qaz yataqlarımız var. Bu gün bunlar Azərbaycan xalqına xidmət edir və dünya miqyasında öz rolunu oynayır”.

Bunu aprelin 11-də prezident İlham Əliyev Lənkəranda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü müəyyən edir:

“Azərbaycan xalqı da görür ki, biz ancaq müstəqillik dövründə yaxşı yaşaya bilərik. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və Azərbaycan xalqı öz potensialını tam realizə edə bilmirdi. İyirmi üç ildir ki, müstəqil dövlət kimi yaşayırıq və bu gün çiçəklənən Azərbaycan bu müstəqilliyin bəhrəsidir. Biz müstəqilliyi qoruyuruq, qoruyacağıq. Bizim yolumuz inkişaf yoludur, ölkəmiz inkişafdadır, hər bir bölgə inkişafdadır”.

Dövlət başçısı Lənkəranın turizm potensialından da maksimum dərəcədə istifadə edilməsinin vacibliyini vurğulayıb:

“Çünki Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır, indi 2 milyondan çoxdur. Lənkəran Beynəlxalq Aeroportu da bir vasitə olacaq ki, biz xarici turistləri cəlb edək. Daxili turizm də inkişaf etməlidir. Təkcə bu məqsədlə yox, eyni zamanda, ölkəmizi gənclər daha yaxşı tanısınlar deyə, biz indi “Ölkəmizi tanıyaq” proqramını icra edirik. Müxtəlif bölgələrdən gənclər Lənkərana, Lənkərandan isə başqa zonalara səfərlər edirlər. Gələcəkdə bu, daxili turizmin inkişafına da təsir göstərəcək. Yəni, təbii sərvətlərimizdən səmərəli şəkildə istifadə edərək ölkəmizi daha da gücləndirməliyik, insanların daha da yaxşı həyatını təmin etməliyik”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG