Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:52

Misirdə “Müsəlman Qardaşlığı”nın liderinə ölüm hökmü elan edilib


“Müsəlman Qardaşlığı” təşkilatının lideri Mohammed Badie

“Müsəlman Qardaşlığı” təşkilatının lideri Mohammed Badie

Misir məhkəməsi “Müsəlman Qardaşlığı” təşkilatının lideri Mohammed Badie və daha 13 nəfər barədə dövlətə qarşı qəsd ittihamı ilə ölüm hökmünü təsdiq edib.

Misir məhkəməsi “Müsəlman Qardaşlığı” təşkilatının lideri Mohammed Badie və daha 13 nəfər barədə dövlətə qarşı qəsd ittihamı ilə ölüm hökmünü təsdiq edib.

Məhkəmə həmçinin bir ABŞ-Misir vətəndaşı və daha 36 nəfər barədə ömürlük həbs cəzası hökmü çıxarıb.

İşinə daha 40 başqa proseslərdə baxılan Badie barədə ölüm hökmü hələ mart ayında çıxarılmışdı.

Ümumiyyətlə isə, Misirdə 2013-cü ildə prezident Mohammad Morsi devrildikdən sonra yüzlərlə adam barədə ölüm hökmləri verilib.

Buna baxmaraq indiyədək cəmi bir hökm icra olunub.

Məhkəmə prosesi televiziya ilə canlı yayınlanıb.

Hazırkı məhkəmə “Müsəlman Qardaşlığı” təşkilatının liderləri üçün mühakimənin son fazası sayılır.

Beynəlxalq insan haqları təşkilatları Misirdəki son hökmlərin siyasi motivli olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG