Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:22

Kanada hərbçilərini Ukraynaya göndərir


Foto arxiv
Foto arxiv

-

Yaxın aylarda Kanada Ukraynaya hərbçilərini yollamaq niyyətindədir.

Kanadanın CTV televiziyası hakimiyyətdəki mənbələrə istinadən bildirib ki, onlar hərbi əməliyyatlarda iştirak etməyəcək.

Hazırda Kanada hökuməti hərbçilərin Ukraynaya göndərilməsinin detalları üzərində işləyir. Bu missiyanın əsas məqsədlərindən biri təlimlərin keçirilməsidir. «Ehtimal ki, Kanada artıq regionda olan amerikalı müttəfiqlərlə sıx əməkdaşlıq edəcək» - məlumatda deyilir.

Kanada Ukrayna böhranına görə bəzi Rusiya vətəndaşlarına sanksiya qoyub. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etməsə, digər tərəfdaşları ilə birgə Moskvaya qarşı iqtisadi və siyasi təzyiqləri davam etdirəcək.

XS
SM
MD
LG