Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:04

-

Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev 4 aylıq həbs edilib.

Generalın oğlu Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Baş Prokurorluq aprelin 10-da Bakının «Senator» restoranında Tamerlan Əsədullayevin iştirakı ilə baş vermiş dava barədə məlumat yayıb.

Davada bir nəfərin bıçaqlanaraq yaralandığı, Tamerlan Əsədullayevin isə hadisə yerindən qaçaraq gizləndiyi bildirilir.

Bəzi yerli saytlar yazır ki, hadisədən xəbər tutan general çox qəzəblənib və oğlunu taparaq əvvəlcə özü tənbeh edib, daha sonra onu polisə təhvil verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG