Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

-

«British Airways» aviaşirkəti Bakı-London marşrutu üzrə uçan təyyarənin məcburi enməsinə aydınlıq gətirib.

Bu barədə apa-ya şirkətdən məlumat verilib.

«Bizim Bakı-London istiqamətində uçan avialaynerin kapitanı təyyarənin mühərriklərinin birində nasazlıqdan şübhələnərək təyyarə havaya qalxıqdan az sonra yenidən Bakıya qayıtmaq qərarını qəbul edib. Müştərilərimizin səyahətlərini ləngitdiyimiz üçün təəssüflənirik. Bütün sərnişinlər digər aviareyslərlə Londona göndərilib», - deyə məlumatda vurğulanıb.

Aprelin 10-da Bakıdan Londona uçan «British Airways» şirkətinə məxsus «Aerobus-32» 21:19-da havaya qalxıb. Uçuşdan 11 dəqiqə sonra təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG