Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:51

-

Prezident İlham Əliyev aprelin 11-də ölkənin Cənub bölgəsində olub. Günün birinci yarısında Astarada olan ölkə başçısı bir neçə obyektlərin və dəniz kənarında salınmış 8 hektarlıq pakın açılışında iştirak edib. Görülən işlərlə tanış olub.

Astarada salınmış park Azərbaycanda Bakı parkından sonra ikinci park hesab olunur. Burada 650 metr uzunluğunda mühafizə bəndinin, 5 minə yaxın müxtəlif ağacların əkildiyi bildirilir. Parkda uşaq əyləncə mərkəzi, mini-futbol və voleybol meydançası da var.

Parkın salınmasına çəkilən xərc barədə məlumat verilmir.

Ölkə başçısı Lənkəranda Xan evinin və mədəniyyət mərkəzində aparılmış əsaslı təmirlə tanış olub. Xan evinin təmiri üçün 140 min manat xərcləndiyi bildirilir. Prezident digər obyektlərdə də olub.

Prezidentin keçdiyi yollar ciddi nəzarətə götürülüb. Kartejin keçdiyi yollarda əhalinin və nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb. ​

XS
SM
MD
LG