Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:30

ABŞ İranın BMT Qadın qurumuna seçilməsini pislədi


Samantha Power
Samantha Power

-

ABŞ-ın BMT-dəki təmsilçisi İranın qadın hüquqları ilə bağlı quruma seçilməsini tənqid edib.

İran BMT Qadın (UN Women) qurumunun idarə heyətinə 53 mümkün səsdən 36-sını toplayaraq seçilib.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power deyib ki, səsvermənin bu nəticəsi onlarda «dərin narahatlıqlar» doğurub.

BMT Qadın təşkilatı 2010-cu ildə gender bərabərliyinə səy göstərilməsi üçün təsis edilib.

«İranda qadınların bəzi hökumət postlarında təmsilçiliyinə maneələr var. Bu ölkədə məişət zorakılığına qarşı qanun yoxdur. Ərə xəyanət daşqalaqla cəzalandırılır», - Samantha Power bildirib.

O deyib ki, Asiya-Sakit Okeanı qrupunun 2016-cı il yanvarın 1-dən başlayacaq növbəti 3 il üçün İranın üzvlüyünü dəstəkləməsindən çox məyus olub.
İran missiyası amerikalı səfirin bu şərhinə heç bir reaksiya verməyib.

XS
SM
MD
LG