Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:17

Bakı sakinini sudan çıxardılar


-

Zirzəmiyə dolan suyun içində köməksiz qalan Bakı sakini xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda magistral su kəmərinin partlaması nəticəsində çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolub: «Həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çölə çıxa bilməyib», -nazirlik bildirir.

Aprelin 11-i səhər saatlarında hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zirzəminin qapısını açıb onu xilas ediblər.

XS
SM
MD
LG