Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:19

Obama və Castro əl sıxdılar


Raul Castro (solda) Barack Obama ilə Panamada Amerika sammitinin açılışında

Raul Castro (solda) Barack Obama ilə Panamada Amerika sammitinin açılışında

-

ABS prezident Barack Obama və Kuba Prezidenti Raul Castro aprelin 10-da Panamada Amerika Sammitində əl verib görüşdülər.

Onların bir neçə liderlə birgə danışmasını göstərən fotolar yayılıb.

Ağ Ev təsdiqləyib ki, iki ölkə prezidenti görüşüb və ayaqüstü söhbət edib: "Bu, qeyri-formal ünsiyyət idi, heç bir əhəmiyyətli məsələ müzakirə olunmayıb".

Obama və Castro aprelin 11-də görüşüb iki ölkə arasında diplomatik və iqtisadi əlaqələrin qurulması ilə bağlı müzakirə aparacaqlar.


Panama sammiti cümə günü açılıb və iki gün davam edəcək.

Prezident Obama-nın milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes deyib ki, iki lider arasında görüş şənbə gününə planlaşdırılıb.

Dövlət Departamenti Kubanın terrorçu ölkələr siyahısından çıxarılmasını Senata tövsiyə edib. Kubaya qarşı ABŞ embarqolarını yalnız Konqres qaldıra bilər

Günün bütün mövzuları

XS
SM
MD
LG