Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:05

Moskvadakı Suriya danışıqları nəticəsiz bitdi


Suriyada hökumət qüvvələrinin raket atəşindən sağ çıxmış qızlar

Suriyada hökumət qüvvələrinin raket atəşindən sağ çıxmış qızlar

-

Suriya hökuməti və bəzi müxalif qüvvələr arasında Moskvada keçirilən danışıqlar uğursuzluqla bitib. Tərəflər yalnız bir-birlərini ittiham ediblər.

Ekspertlər hesab edirlər ki, Rusiya bu danışıqları təşkil etməklə Ukrayna böhranı üzündən zədələnmiş imicini geri qaytarmağa çalışırdı.

Ancaq Suriyadakı qərb yönümlü müxalifət qüvvələri Rusiyanın niyyətinə inamsızlıq səbəbindən bu görüşə qatılmaqdan imtina edib.

Rusiya tərəfinin təmsilçisi Vitaly Naumkin deyib ki, tərəflər bir-birlərinə etibar etmədiyindən son sənədi imzalamaqdan boyun qaçırıblar.

Rusiya Suriya Prezidenti Bashar Assad hökumətini inadla dəstəkləyir.

Suriya münaqişənin başlamasından 4 il keçir, bu müddətdə isə 222 mindən çox adam ölüb, 4 milyona yaxın suriyalı qaçqın düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG