Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:34

ABŞ prezidenti Barack Obama və Kuba lideri Raul Castro arasında yer alan telefon söhbətində tərəflər diplomatik münasibətlərin bərpasını müzakirə ediblər.

Obama və Castro-nun Panamada keçirilən Amerika qitəsi sammitində görüşəcəkləri gözlənilir.

Sammit cümə günü açılıb və iki gün davam edəcək.

Prezident Obama-nın milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes deyib ki, iki lider arasında görüş şənbə gününə planlaşdırılıb.

ABŞ və Kuba prezidentləri müxtəlif qlobal tədbirlərdə təsadüfi və ayaqüstü görüşlər nəzərə alınmazsa 1959-cu ildə Fidel Castro ABŞ-ın dəstəklədiyi diktator Fulgencio Batista-nı devirəndən bəri görüşməyiblər.

ABŞ dövlət katibi John Kerry və Kuba xarici işlər naziri Bruno Rodriguez artıq Panamada ilk görüşlərini keçiriblər. Görüş iki saat çəkib.

Kolumbiya prezidenti Juan Manuel Santos ABŞ və Kuba rəsmiləri arasında yüksək səviyyədə təmasları salamladığını bildirib.

Bu da xəbər verilir ki, Dövlət Departamenti Kubanın terrorçu ölkələr siyahısından çıxarılmasını Senata tövsiyə edib.

Kubaya qarşı ABŞ embarqolarını yalnız Konqres qaldıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG