Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:44

-

Milli Teleradio Şurası milli seriallardan narazılığını bildirib.

"Dövlət dəstəyi ilə çəkilən seriallar əsasən məişət mövzularına, sevgi-məhəbbət, ailə dramlarına, kriminal hadisələrə həsr olunur.

Halbuki, milli-mənəvi dəyərlərin, tarixi şəxsiyyətlərin təbliği, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımılarının, dövlətin apardığı uğurlu daxili-xarici siyasətin müxtəlif aspektlərinin işıqlandırılması kimi maarifçilik məsələlərinə üstünlük verilməsi daha vacibdir".

APA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələrində məlumat verilib.

Monitorinq nəticələrinə görə, "milli seriallarda gizli reklamın bolluğu və bunun “tanıdıcı reklam” adı altında süjet xəttinə daxil edilməsi halları da narahatlıq doğurur”.

Milli efir məkanının təhlili zamanı Azərbaycan istehsalı olan bədii filmlərin kəmiyyət etibarilə azlıq təşkil etməsi də vurğulanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG