Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:50

Yanğın söndürüldü


Bakının Xətai rayonundakı Zığ şossesi 16 ünvanında yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bunu Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib.

APA-nın hadisə yerindəki əməkdaşının məlumatına görə, R. Xudiyev deyib ki, yanğınsöndürənlər 3 nəfər xilas ediblər: "Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb: "Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb".

Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq". İcra başçısı deyib ki, sakinlərdən bəziləri yaxın qohumlarının evində gecələyəcəklərini bildiriblər: “İstəyənləri yerlə təmin edəcəyik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG