Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:26

Guessel vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb


Almaniyada siyasi məhbus aksiyası, arxiv foto

Almaniyada siyasi məhbus aksiyası, arxiv foto

-

Aprelin 10-da Bakıda səfərdə olan Avropa Şurası Baş Katibinin xüsusi nümayəndəsi, Siyasi Direktorluğun rəhbəri Alexandre Guessel vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.

Görüşdə ReAl hərəkatının icraçı katibi Natiq Cəfərli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Eldar Zeynalov, NİDA fəalı Turqut Qəmbər iştirak edib.

Bu haqda AzadlıqRadiosuna Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva məlumat verib.

Görüşdə Azərbaycan vətəndaş cəmiyyətini narahat edən məsələlər, o cümlədən siyasi məhbuslar məsələsi müzakirə olunub.

Guessel ölkədəki problemlər haqqında yaxşı məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı nəzərə alınmaqla, ReAl lideri İlqar Məmmədovun işi Avropa Şurasının diqqət mərkəzindədir.

ReAl hərəkatının icraçı katibi Natiq Cəfərli deyib ki, İlqar Məmmədovun azad edilməsi digər problemlərin həlli üçün təkan olardı.

Alexandre Guessel İnsan Hüquqları üzrə Birgə Qrupun üzvləri ilə də görüşüb

Günün bütün mövzuları

XS
SM
MD
LG