Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:28

-

Aprelin 15-də saat 19.00-da Akademik Milli Dram Teatrında Toygun Orbay-ın pyesi əsasında hazırlanmış «2115 qatarı» tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada Xalq artistləri Hacı İsmayılov(Vağzal məmuru) və Nurəddin Mehdixanlı (Kişi), Əməkdar artistlər Sənubər İsgəndərova (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı Kişi) çıxış edirlər.

75 dəqiqə davam edəcək tamaşanın janrı «bir hissəli mövcudluq oyunu» kimi müəyyənləşdirilib.

Toygun Orbay 1956-cı ildə İstanbulda doğulub. İxtisasca həkim olan Orbay «Mat», «Şərəfinə insanoğlu» və «2115 qatarı» pyeslərinin müəllifidir.

Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnədə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulub.

Müəllifin «2115 qatarı» birpərdəli pyesi 2002-ci ildə yazılıb. Bu tamaşa Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk müraciətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG