Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:24

Polşada 5 il əvvəl baş verən təyyarə qəzasında ölənlərin xatirəsi anılır


Foto arxiv
Foto arxiv

Aprelin 10-da Polşada keçmiş prezident Lech Kaczyński və digər dövlət rəsmilərinin həlak olduğu təyyarə qəzasının 5 illiyi yad edilir.

Bu münasibətlə ölkədə matəm mərasimləri keçirilir.

Varşavadapreziden Bronisław Komorowski və baş nazir də daxil olmaqla dövlət rəsmiləri səhər saatlarında Povonzki qəbristanlığını ziyarət ediblər.

Kaczyńskinin əkiz qardaşı Yaroslav Kaczyńskinin lideri olduğu müxalifətdə olan "Hüquq və ədalət" partiyası isə faciənin 5 illiyini Smolensk ətrafında ayrıca yad edib.

Matəm mərasimi yerli vaxtla axşam saat 9-da prezident sarayına yürüş və sarayın divarları ətrafındaKaczyńskinin nitqi ilə bitəcək.

2010-cu il aprelin 10-da Smolensk ətrafında baş verən təyyarə qəzasında prezident Lech Kaczynski də daxil olmaqla 96 nəfər ölüb.

XS
SM
MD
LG