Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:06

Odessada terrorçuluqda şübhəli bilinən 40-dan çox adam həbs olunub


Foto arxiv

Foto arxiv

Ukraynanın Odessa şəhərində terrorçu qrupun üzvləri olmaqda şübhəli bilinən 40-dan çox adam həbs olunub.

Ukrayna Təhlükəsizlik Xidmətinin sözçüsü Olena Hitlyanska aprelin 10-da bildirib ki, onlar aprelin 12-də provaslavların Pasxa bayramında terror aktları törətməyi planlaşdırırmışlar.

Olenanın sözlərinə görə, onlardan xeyli silah və sursat müsadirə edilib.

O axtarış-əməliyyat tədbirlərinin davam etdiriləcəyini deyir.

Həmçinin ötən həftə şəhərdə terror aktları törətməkdə şübhəli bilinən 3 nəfər həbs olunub.

Qeyd edək ki, bu yaxınlarda Odessa və Xarkovda bir sıra partlayışlar törədilib.

Ukrayna hakimiyyəti hesab edir ki, onların arxasında Moskva və rusiyapərəst separatçılar durur.

Günün bütün mövzuları

XS
SM
MD
LG