Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:28

Vəkil: «Taleh Bağırov siyasi məhbus olduğu üçün Qobustan həbsxanasında saxlanılır»


Taleh Bağırov
Taleh Bağırov

-

Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun şikayəti üzrə ilkin baxış iclası olub.

Şikayət Taleh Bağırovun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı olub.

Prosesdə Taleh Bağırovun özü iştirak edib.

Bu haqda AzadlıqRadiosuna vəkil Cavad Cavadov məlumat verib.

Vəkil deyib ki, Qaradağ rayon Məhkəməsinin qərarı qanuni qüvvəyə minmədiyindən Taleh Bağırovun Qobustan qapalı həbsxanasında saxlanması qanunsuzdur .O, 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmalıdır:

«Taleh Bağırov bildirir ki, heç bir qaydanı pozmayıb. Qobustan həbsxanasına köçürülməsi siyasi məhbus olmasına görədir».

Vəkil apellyasiya baxışının məhkəmə istintaqı ilə keçirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə aprelin 17-də olacaq.

Taleh Bağırov 2014-cü il martın 31-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq narkotik vasitə saxlamaqda ittiham olunub.

2014-cü il avqustun 13-də Sabunçu rayon Məhkəməsi 1 saylı Bakı İstintaq Təcridxanasında kamerasında mobil telefon tapılması ittihamı ilə Taleh Bağırova 4 ay azadlıqdan məhrumetmə cəzası verib. Noyabrın 1-də isə Sabunçu rayon Məhkəməsi Taleh Bağırova qarşı narkotik ittihamı üzrə 2 il həbs hökmü çıxarıb. Bununla da onun həbs müddəti 2 il 4 ay olub.

Ötən ilin dekabrında Qaradağ rayon Məhkəməsi 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin daxili intizam qaydalarını pozması barədə şikayəti əsasında Taleh Bağırovun Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.

Hazırda o, Qobustan həbsxanasında saxlanılır.

XS
SM
MD
LG