Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:01

Ermənistanda müxalifətdə olan Təsis Parlamenti qrupunun 5 lideri 2 aylıq həbs ediliblər.

Bunu aprelin 10-da AzadlıqRadiosunun erməni xidmətinə İstintaq Kommitəsinin sözçüsü Sona Truzian bildirib.

Təşkilatın sədri Garegin Chugaszian və 4 lideri aprelin 8-də saxlanıblar.

Onlar ölkədə kütləvi hərc-mərçlik salamağa cəhddə ittiham olunurlar.

Təşkilat aprelin 24-də ölkədə hökumətəleyhinə aksiyalar keçirməyə çağırıb.

Həmin gün ölkədə “soyırım” günü kimi qeyd olunur.

Ermənistan Osmanlı imperiyası dövründə milyon yarım erməninin soyqırımına məruz qaldığını iddia edir.

Türkiyə is bu rəqəmin qat-qat şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən ölənlər olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG