Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:39

Silahlı Qüvvələrin irimiqyaslı gecə təlimləri başa çatıb


Gecə təlimləri

Gecə təlimləri

-

Silahlı Qüvvələrin aprelin 5-dən başlanan irimiqyaslı birgə təlimlərin gecə vaxtı döyüş atışı mərhələsi sona çatıb.

Təlimlərdə Silahlı Qüvvələrin bütün qoşun növləri iştirak edib.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Məlumatda deyilir ki, motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlarını və raket buraxılışlarını, o cümlədən bombalamanı həyata keçirib.

«İlk dəfə gecə vaxtı və məhdud görmə şəraitində keçirilən birgə təlimlərin bütün elementləri dəqiq və peşəkarlıqla yerinə yetirilib».

Təlimlərdə 15 min nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi iştirak edib.

Hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri də təlimlərə qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG