Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:15

-

Həbsdə olan jurnalist Rauf Mirqədirovun həbs müddəti 1 ay uzadılıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Elmar Süleymanov məlumat verib:

«Səbəb onu göstərdilər ki, istintaq hərəkətləri aparıblar, ekspertizalar və s. təyin ediblər. İstintaq bitməyib və başa çatması üçün də kifayət qədər vaxt lazımdır. Standart səbəb göstərdilər».

Müdafiə tərəfi Nəsimi rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verəcək.

R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılmışdı. Azərbaycana deportasiya edildikdən sonra ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Müdafiə tərəfi ittihamı qondarma adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG