Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:52

Bakının mərkəzindəki binanın əmsalı 1,5, qırağındakının - 0,7 olacaq


Fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara əmsallar tətbiq edilir. Bakının mərkəzindəki binalara əmsal 1,5 , şəhərin qırağındakı zonlarda, məsələn Qaradağdakı binalara əmsal 0,7 olacaq. Vergi ödəmək üçün mənzilin dəyəri hesablananda sahə ilə hesablanan dəyər sonda bu əmsala vurulacaq.


Nazirlər Kabineti "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qərar verib.Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar" təsdiq edilib.


Ədliyyə Nazirliyinə tapşırılır ki, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə orqanlarını onların inzibati ərazilərinin əhatə olunduğu zonaları əks etdirən xəritələrlə təmin etsin.
Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

XS
SM
MD
LG