Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:04

«The New York Times»ın müxbiri Azərbaycanın «qara siyahı»sına düşdü


Foto illüstrasiya

Foto illüstrasiya

-

«The New York Times» qəzetində məqalə ilə çıxış edən Seth Kugel Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edib. Bununla da o, Azərbaycan Respublikasının «Dövlət sərhədi haqqında» qanununu pozub.

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ABŞ-ın «The New York Times» qəzetində «Qafqaz dağlarında isti qarşılama» adlı məqaləyə münasibət bildirərkən deyib.

Nazirliyin sözçüsü bildirib ki, S.Kugel-in Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti təhrif edən bu məqaləsi, əslində, «The New York Times» qəzetinin oxucu auditoriyasına və işğal olunmuş ərazilərdə etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına hörmətsizlikdir:

«Belə bir yazının «The New York Times» qəzetində özünə yer alması təəssüf doğurur. Erməni lobbi dairələrinin sifarişi ilə ərsəyə gələn bu məqalədə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mülkiyyətin talan edilməsi, Azərbaycan xalqına aid maddi-mədəniyyət nümunələrinin, o cümlədən İslam dininə aid abidələrin və ibadət ocaqlarının məhv edilməsi faktları məqsədyönlü şəkildə öz əksini tapmayıb. İşğal olunmuş ərazilərə «turizm» səfərlərindən danışan və belə bir qərəzli yazıya yer verən «The New York Times» qəzetinin redaksiyasına xatırlatmaq istərdik ki, münaqişə ərazisi olan bu ərazilər insan alveri, narkotik maddələrin hazırlanması və dövriyyəsi, qanunsuz silah ticarəti və terrorçuların hazırlanması kimi transmilli cinayətlərin həyata keçirildiyi məkandır».

Hikmət Hacıyev Seth Kugel-in adının arzuolunmaz şəxslər siyahısına salınacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG