Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:30

-

«Biz böhran hiss etmirik. Çünki Azərbaycan neftinin hasilat xərcləri böyük deyil. Amma ümumilikdə gəlirlərimiz azalıb. Neft satışından ildə təxminən 20 milyard dollar əldə edirdik. Qiymət düşəndən sonra gəlirimiz 5-6 milyard dollar azalıb».

Bunu energetika naziri Natiq Əliyev «Al-Jazeera Türk» telekanalına müsahibəsində deyib.

Natiq Əliyev bildirib ki, yaxın vaxtda neftin bahalaşması gözlənilmir. O, siyasi məsələlərin, İranın Qərblə münasibətlərinin də neftin qiymətinə təsir etdiyini deyib.

Natiq Əliyev TANAP kəmərinin «Türk axını» ilə rəqabətindən də danışıb. Bildirib ki, Avropaya nəql ediləcək Azərbaycan qazının həcmi azdır:

«Avropaya 10 milyard kubmetr qaz nəqli Rusiya qazının nə həcmi, nə də qiymətinə təsir edəcək. TANAP Rusiya qazına rəqib deyil, TANAP vasitədir. Burda rəqabət mühiti görmürük».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG